AZ

“Benfika”nın baş məşqçisi: “Qarabağ” fərqli sistemdə çıxış edir”

“Benfika”nın baş məşqçisi Bruno Lagen “Qarabağ”la oyun öncəsi mətbuat konfransı keçirib.

Msport.az xəbər verir ki, o, komandasının motivasiyalı olduğunu deyib.

“Beynəlxalq arenada keçirdiyimiz dörd görüşdə ortaya qoyduğumuz oyunu təkrarlamaq, ötən mövsüm göstərdiyimiz performansı davam etdirmək istəyimiz böyükdür. Məqsədimiz 3 xal qazanmaq, yaxşı futbol oynamaq və azarkeşlərimizə unudulmaz Avropa gecəsi bəxş etməkdir”, – deyə Lagen söyləyib.

O əlavə edib ki, strategiyalar həmişə rəqibin xüsusiyyətlərinə görə qurulmalıdır: “Santa Klara” müdafiəyə daha çox çəkilən komanda idi, “Qarabağ” isə fərqli sistemdə çıxış edir. Biz isə rəqibin buraxdığı boşluqlardan maksimum yararlanmağa çalışacağıq”.

Çalışdırıcı start heyəti ilə bağlı bunları deyib:  “Komanda ilə növbəti yaxşı məşq gününü arxada qoyduq, sabah da davam edəcəyik. Bundan sonra ən uyğun onbirliyi müəyyənləşdirib qərarımızı verəcəyik”.

Baş məşqçi bildirib ki, “Benfika”nın üzərindəki tələb hədsiz dərəcədə yüksəkdir: “Burada başqa nəticə ola bilməz. Bütün oyunları qazanmalıyıq”.

Qeyd edək ki, “Benfika” – “Qarabağ” oyunu sabah keçiriləcək və saat Bakı vaxt ilə 23:00-da başlanacaq.

Seçilən
49
9
msport.az

10Mənbələr