Xalq artisti Hacı Murad Yengizarovun nəşi Azərbaycan dövlətinin dəstəyi ilə sabah Vətənə gətiriləcək.
Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, sənətkarın cənazəsini gətirən təyyarə saat 10:40-da Bakı şəhərinə eniş edəcək.
Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçiriləcək.
Daha sonra görkəmli sənətkarın nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.