AZ

Rusiya Ermənistana qaz nəqlini dayandıracaq

Rusiya aparılan təmir işləri ilə əlaqədar sentyabrın 16-dan etibarən Ermənistana təbii qazın nəqlini müvəqqəti dayandırıacaq.

News24.az xəbər verir ki, bBu barədə “Qazprom”un törəmə şirkəti “Qazprom Ermənistan” QSC-nin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb .

Şimali Qafqaz - Zaqafqaziya magistral qaz kəmərində (DN 1400) təmir işləri sentyabrın 16-sı saat 09:00-dan 26-sı səhər saat 09:00-dək aparılacaq.

“Qazprom Ermənistan” açıqlayıb ki, göstərilən müddət ərzində Ermənistanda istehlakçılara qazın tədarükü daxili ehtiyatlar və İrandan tədarük edilən əlavə təbii qaz hesabına həyata keçiriləcək .

Ümumi uzunluğu 612 kilometr olan Şimali Qafqaz-Zaqafqaziya qaz kəməri Gürcüstan ərazisindən keçməklə Rusiyadan Ermənistana keçir. Kəmər 1988-ci ildə tikilib. Qaz kəmərinin layihə gücü ildə 1,8 milyard kubmetrdir.


Seçilən
64
4
news24.az

5Mənbələr