AZ

Ordubad yolunda ağır qəza - FHN müdaxilə etdi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Culfa-Ordubad magistral avtomobil yolunda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, məlumatla əlaqədar hadisə yerinə dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə idarəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hunday” markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1997-ci il təvəllüdlü Kənan Musa oğlu Dünyamalıyevi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Seçilən
6
12
axar.az

10Mənbələr