AZ

Tramp sentyabrın 19-da Si Cinpinlə danışacaq

Tramp sentyabrın 19-da Si Cinpinlə danışacaq

ABŞ prezidenti Donald Tramp sentyabrın 19-da Çin prezidenti Si Cinpinlə danışmağı planlaşdırır.

AFN.az xəbər verir ki, bu barədə o özü "Truth Social"da bildirib.

“Avropada ABŞ və Çin arasında ticarət üzrə mühüm görüş çox yaxşı keçdi! Görüş yaxın zamanda başa çatacaq. Bundan başqa, ölkəmizdə gənclərin çox istədiyi müəyyən bir şirkətin xilas edilməsi ilə bağlı razılıq əldə olundu. Onlar buna çox sevinəcəklər! Mən cümə günü Çin sədri Si Cinpinlə danışacağam. Münasibətlər hələ də çox möhkəmdir” - deyə ABŞ prezidenti qeyd edib.

Seçilən
84
afn.az

1Mənbələr