AZ

İsrailə qarşı bunu etməsək, nəticə verməyəcək Ərdoğan

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

İsrailin Qətərdə HƏMAS-a hücumundan sonra İsrailin Baş naziri Benyamin Netanyahu hökumətinin əsas məqsədinin Fələstində qətliam və soyqırımı davam etdirmək olduğuna indi heç bir şübhə yoxdur.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının fövqəladə sammitində bildirib.

O qeyd edib ki, İsrailə qarşı sərt sanksiyalar tətbiq olunmasa, Fələstinin beynəlxalq səviyyədə tanınması nəticə verməyəcək:

"Əlbəttə, bəzi ölkələrin Fələstin dövlətini tanımaq niyyəti ilə bağlı bəyanatları müsbət addımdır. Bu, daha əvvəl edilməli idi. Lakin İsrailə qarşı konkret və sərt sanksiyalarla dəstəklənməyincə belə addımların nəticə verəcəyi ehtimalı azdır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
59
3
axar.az

4Mənbələr