“Real”ın baş məşqçisi Xabi Alonso müdafiəçi Dani Karvaxalın zədədən sonra dəyişib-dəyişməməsi ilə bağlı suala cavab verib.
90deqiqe.Az xəbər verir ki, "Mundo Deportivo" tərcübəli çalışdırıcının fikirlərini belə çatdırıb:
“Onun dəyişməyən bir cəhəti var — rəqabət ruhu. O, bizə 2013/14 mövsümündə qoşuldu və artıq həmin vaxt bu xarakterə sahib idi. “Bayer”dən keçid etdikdən sonra komanda üçün çox önəmli oldu. Dani bizə çox şey verdi, Çempionlar Liqasını qazandıq. Bu keyfiyyət heç vaxt dəyişməyib. Amma onun təsiri, yetkinliyi, liderlik bacarıqları, həmçinin komanda daxilində qazandığı hörmət və məsuliyyət hissi daha da artıb.
İndi Dani formada və kifayət qədər sağlamdır ki, oynasın. O, komanda yoldaşlarına çox mühüm müsbət təsir göstərir. Belə liderlər komandanın əsasıdır. Bizə bu güclü sütun lazımdır ki, qalan futbolçuları irəli aparsın. Karvaxal bu xüsusiyyəti mənimsədi. O, vaxtilə digər liderlərdən öyrəndi, indi isə növbə onun özünündür”