AZ

Dünya çempionatı: Azərbaycan güləşçisi üçüncü oldu

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatının üçüncü yarış günündə Azərbaycanın bir sərbəst güləşçisi fəxri kürsüyə qalxıb.

News24.az  federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Cəbrayıl Hacıyev (79 kq) təsəlliverici görüşdə yaponiyalı Ryunosuke Kamiyaya 5:3 hesabıyla qalib gəlib.

Debütant bürünc medal uğrunda qarşılaşmada isə iranlı Mohammad Noxodilarimiyə (2:4) məğlub olaraq, dünya çempionatını 5-ci yerdə başa vurub.

Osman Nurmaqomedov (92 kq) isə bürünc medal uğrunda görüşdə gürcüstanlı Miriani Maysuradzeylə üz-üzə gəlib. Görüş boyunca üstün tərəf olan təmsilçimiz 5:1 hesablı qələbəylə dünya üçüncüsü olub. Bununla da güləşçimiz analoji yarışlarda 4-cü medalını qazanıb.

Beləliklə, milli cari mundialda qazandığı medalların sayı 4-ə çatıb.

Xatırladaq ki, ötən gün Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Arseniy Djioyev (86 kq) isə bürünc medala sahib çıxıb.

Seçilən
138
13
news24.az

10Mənbələr