AZ

İsrail yenidən Livana zərbə endirib

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail ordusu Livanın cənubuna yeni hava zərbəsi endirib.

Globalinfo.az xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, hədəf Nəbatiyyə şəhəri yaxınlığında yerləşən “Hizbullah”ın silahlı qanadının qərargahı olub.

İsrail tərəfi hesab edir ki, qərargahın həmin ərazidə mövcudluğu iki ölkə arasında atəşkəs razılaşmasının pozulmasıdır.

“Hizbullah” terror təşkilatı Livanda öz terror infrastrukturunu bərpa etməyə çalışır, bununla mülki əhalini təhlükə altına salır və onları canlı

qalxan kimi istifadə edir”, – deyə İsrail ordusunun açıqlamasında bildirilir.

Ordudan həmçinin xəbərdarlıq edilib ki, İsrail dövlətinə qarşı hər hansı təhdidi aradan qaldırmaq üçün tədbirlər davam etdiriləcək.

Aysel Əliyeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
1
globalinfo.az

2Mənbələr