AZ

İsrail ordusu Livanın Nəbatiyyə bölgəsinə zərbələr endirib

İsrail ordusu Livanın cənubuna hava zərbələri endirib.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hədəf Hizbullah şiə təşkilatının silahlı qanadının Nəbatiyə şəhəri ərazisindəki qərargahı olub.

“Hizbullahın bu ərazidə qərargahının olması İsrail və Livan arasında atəşkəs razılaşmalarının pozulmasıdır. Hizbullah terror təşkilatı Livandakı terror infrastrukturunu yenidən qurmağa cəhdlərini davam etdirir, Livanın mülki əhalisini təhlükə altına alır və ondan canlı qalxan kimi istifadə edir", - məlumatda qeyd olunur.

İsrail ordusu bəyan edib ki, Təl-Əvivə qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün tədbirlər davam etdiriləcək.

Seçilən
57
3
operativmedia.az

7Mənbələr