AZ

Azərbaycanda gələn il ÜDM artımı 3,2 % səviyyəsində proqnozlaşdırılır

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

 Azərbaycan hökuməti 2026-cı ildə ölkədə 134,1 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunacağını proqnozlaşdırır.

Bakıvaxtı.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun 101,7 milyard manatlıq hissəsinin qeyri-neft-qaz sektorunun payına düşəcəyi gözlənilir.

Beləliklə, gələn il ölkədə iqtisadi artımın 3,2 %, o cümlədən qeyri-neft-qaz sektorunda 8,8 % təşkil edəcəyi proqnozlaşdırılır. 

Azərbaycan hökumətinin ötən ay yenilədiyi iqtisadi artım proqnozlarına görə, bu il ölkədə 129,9 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 93,5 milyard manatlıq ÜDM istehsal olunmalıdır. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çox ümumi daxili məhsul istehsal (83 milyard 37,8 milyon manatllıq) olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
3
bakivaxti.az

4Mənbələr