Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistratura səviyyəsində dərs günlərinin sayı artırılıb.
AzEdu.az xəbər verir ki, bu barədə Teleqraf-a universitetdən məlumat verilib.
Bildirilib ki, bu ildən etibarən yalnız UNEC-də deyil, ümumilikdə respublika üzrə magistratura səviyyəsində dərs saatları həftəlik 12 saata yüksəldilib.
Bu səbəbdən magistrantlar həftədə üç dəfə dərsə gəlməlidirlər.
Məlumata görə, dəyişiklik magistratura təhsilinin təsnifat standartlarına əsasən həyata keçirilib.