“Sabah” daha bir müddət Cessi Sekidikanın xidmətindən istifadə edə bilməyəcək.
Sportinfo.az xəbər verir ki,zədəli hücumçunun müalicə prosesi davam edir.
29 yaşlı nigeriyalı bu mövsüm yalnız bir matçda forma geyib. 2-ci turun “Şamaxı” ilə səfər görüşündə 62-ci dəqiqədə meydana çıxan oyunçu əvvəldən kiçik olan zədəsini məhz süni örtüklü qazonda yeniləyib.
“İmişli” ilə matçda adı oyunun prortokoluna salınmayan Sekidika dünə “Neftçi” ilə görüşdə də yox idi.
Ona zədəsini sağaltmaq üçün milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə kifayət etməyib.
Hücumçunun sıraya dönməsi üçün daha 1-2 həftəyə ehtiyac var.