AZ

KİV: SAXAL Qəzza şəhərinə təyyarələr, artilleriya və PUA-larla hücum edir

BAKI, 16 sentyabr. TELEQRAF

İsrail Müdafiə Qüvvələri (SAXAL) hazırda təyyarələr, artilleriya və pilotsuz uçuş aparatları (PUA) ilə Qəzza şəhərinə zərbələr endirir.

Teleqraf xəbər verir ki, bu barədə “The Times of Israel” Fələstin KİV-lərinə istinadən məlumat yayıb.

Məlumata görə, hücumlar səsi uzaqdan eşidilə bilən böyük partlayışlarla müşayiət olunur.

Seçilən
12
teleqraf.com

1Mənbələr