ain.az bildirir, Idman.biz portalına istinadən.
Amerikalı Amanda Anisimova “US Open 2025”də uğurlu çıxışından sonra vaxtını necə keçirdiyini göstərib.
İdman.biz bildirir ki, tennisçi fotonu sosial şəbəkədəki səhifəsində yerləşdirib.
“US Open 2025”in finalında Amanda Anisimova dünyanın bir nömrəli raketkası belaruslu Arina Sabalenkaya iki setdə uduzub. İndi tennisçi WTA reytinqinin dördüncü pilləsinə yüksəlib.
Bundan əvvəl Amanda Anisimovanın Seulda keçiriləcək "Korea Open" turnirində iştirak etməyəcəyi məlum olub. Yarış sentyabrın 15-dən 21-dək keçiriləcək.
İdman.biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.