AZ

Əfsanə “Liverpul” azarkeşlərini ikiüzlü adlandırdı

Keçmiş ingilis hücumçu Maykl Ouen “Liverpul” azarkeşlərini ikiüzlü adlandırıb. SİA xəbər verir ki, o, isveçli hücumçu Aleksander İsakın “qırmızılar”a keçidi barədə danışarkən deyib. Ouen qeyd edib ki, fanatlar müdafiəçi Trent Aleksander-Arnoldun “Real”a keçməsindən narazı idilər, amma İsakın “Nyukasl”ı mümkün qədər tez tərk etmək istəyi azarkeşlər tərəfindən alqışlanıb: “Futbolçu klubunu tərk edəndə digər klubda eyni baş verirsə, üzülmək sadəlövhlük olar. Təbii ki, “Nyukasl” azarkeşləri İsakın getməsindən narazıdır. Amma xatırlayın “Liverpul” azarkeşlərini, Trent getdiyində necə məyus olmuşdular. Amma klub İsakı alanda, azarkeşlər yenidən sevinir, halbuki bəzi insanlar sevdiklərini itirir. Futbol belədir. Mənə isə belə ikili standart xoş deyil”.

Seçilən
6
2
sia.az

3Mənbələr