AZ

İsrail tanklarla Qəzzaya DAXİL OLDU

İsrail ordusu bir neçə həftəlik hava zərbələrindən sonra ötən gecə Qəzzaya qarşı quru əməliyyatına başlayıb.

Modern.az xəbər verir ki, bu barədə "Axios" və İsrail mediası məlumat yayıb.

Məlumata görə, əməliyyat ABŞ dövlət katibi Marko Rubionun Təl-Əvivə səfərindən bir neçə saat sonra başlayıb. Rubionun Baş nazir Binyamin Netanyahuya “əməliyyatı sürətli və qısa müddətdə başa çatdırmaq” tövsiyəsi verdiyi bildirilir.

“Bu Trampın müharibəsi deyil, bu, Bibinin (Benyamin Netanyahu - red.) müharibəsidir və baş verəcək hər şeyə görə məsuliyyət də onun üzərindədir”, - ABŞ rəsmisi nəşrə deyib.

İsrail aviasiyası 15 sentyabr axşamı Qəzza şəhərinə kütləvi hava hücumları təşkil edib. Ynet yazır ki, cəmi 20 dəqiqədə 37 zərbə endirilib, o cümlədən döyüş helikopterlərindən atəş açılıb. Hücumların “çox intensiv və əhəmiyyətli” olduğu bildirilir.

İsrail ordusu son həftələr ərzində şəhər sakinlərini cənuba köçməyə çağırırıb. Rəsmi məlumata görə, təxminən 1 milyon nəfərlik şəhərdən 300 minə yaxın insan çıxıb.

"Əl-Cəzirə" kanalı bildirir ki, İsrail tankları artıq Qəzza şəhərinin mərkəzinə daxil olub. Yerli sakinlər partlayış səslərinin İsrailin mərkəzində də eşidildiyini deyirlər. Bu arada hökumətin qərarına etiraz edən israillilər Netanyahunun Yerusəlimdəki iqamətgahı qarşısında çadırlar qurub, ərazi polis tərəfindən 300 metrlik radiusda mühasirəyə alınıb.

Qəzzanın tutulması planı İsrail hökuməti tərəfindən avqustun əvvəlində qəbul olunub. Netanyahu dəfələrlə bəyan edib ki, şəhərdə HƏMAS-ın əsas mövqeləri yerləşir və onlar tamamilə məhv ediləcək. Lakin mətbuatın məlumatına görə, İsrailin xüsusi xidmət orqanlarının rəhbərləri baş nazirə əməliyyatdan imtina etməyi tövsiyə ediblər. Onların fikrincə, əməliyyat İsrail girovlarının həyatını təhlükəyə atır, orduda böyük itkilərə səbəb ola bilər və 2 milyonluq Qəzza əhalisinin üzərində birbaşa hərbi idarəçiliyi zəruri edəcək.

ABŞ prezidenti Donald Tramp 15 sentyabrda HƏMAS-a müraciət edərək bütün girovların azad olunmasını tələb edib.

Seçilən
6
1
modern.az

2Mənbələr