Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində Dövlət Neft Fondundan (ARDNF) transfertin məbləği 12 milyard 750 milyon manat nəzərdə tutulub.
BAKU.WS bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11,95 % azdır.
ARDNF-dən planlaşdırılan transfert proqnozlaşdırılan büdcə gəlirlərinin 33,2 %-i qədərdir. Bu isə 4,6 faiz bəndi azdır.