AZ

Erməni iş adamı deputatın ölümündə şübhəli bilinir

Moskva vilayətinin məhkəməsi Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kivanın qətli ilə bağlı iş adamı Arayik Əmirxanyanı həbs edib.

"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti"  nəşri məlumat dərc edib 

Məlumata görə, Moskva vilayətinin məhkəməsi Kivanın qətli ilə bağlı iş adamı barəsində həbs-qətimkan tədbiri seçib.

"“Ukravtodor”un keçmiş podratçısı, Ermənistandan olan 44 yaşlı iş adamı Arayik Əmirxanyan deputatı İlya Kivanın qətlində şübhəli bilinir. Əmirxanyan Kivanın iqamətgahı ilə bağlı məlumatı Ukrayna xüsusi xidmət orqanlarına “sızdırıb”, bundan sonra iş adamı keçmiş deputata baş çəkib. Biznesmen hazırda rüşvət işi ilə bağlı Moskva yaxınlığındakı istintaq təcridxanasındadır. Ukraynada  Əmirxanyan büdcədən 500 milyon qrivna mənimsəməkdə günahlandırılıb və daha sonra Ermənistan pasportuna malik olduğuna görə Ukrayna vətəndaşlığından məhrum edilib", - KİV məhkəmə sənədlərinə istinadən yazıb. 

Qeyd edək ki, 2023-cü ilin dekabrında  Moskva vilayətində Ukrayna Ali Radanın keçmiş deputatı İlya Kiva başından güllə ilə öldürülüb. O, Rusiya ilə Ukrayna arasında müharibə  başlamazdan əvvəl, Rusiyaya köçüb və buradan siyasi sığınacaq istəyib.

Gülayə Mecid 

Seçilən
49
1
unikal.az

4Mənbələr