AZ

İstanbulda Qarabağ və Şərqi Zəngəzura “yaşıl sərmayə”nin cəlbi müzakirə olunub - FOTOLAR

Azərbaycan Respublikası Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinin ictra etdiyi “Qаrаbağ və Şərqi Zəngəzurun dirçəldilməsinə “yaşıl sərmayə”nin cəlbi” layihəsi çərçivəsində sentyabr ayının 9-10-u 2025-ci ildə Türkiyənin İstanbul  şəhərində Türkiyə cümhurbaşkanlığı Katılım sərmayəsi departamenti, Türkiyə Katılım Bankları Birliyi, Al-Baraka, KüveytTürk, Ziraat Katılım bankları, İslam iqtisadiyyatı araşdırmalar mərkəzi kimi təşkilatlarda görüşlər keçirilmişdir.

QHT.az xəbər verir ki, görüşlərdə İRÖİB-in sədri i.f.d. Ruslan Atakişiyev layihənin məqsədi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların investisiya potensialı barəsində geniş məlumat verdi. O, bölgənin kənd təsərrüfatı, turizm, emal və tikinti materialları sənayesi üzrə böyük potensialının olmasına diqqət çəkərək sərmayəçilər üçün yaradılmış investisiya mühiti – vergi, gömrük, sənaye parkları - barəsində də danışmışdı.

Sözügedən təşkilatların nümayəndələri Qarabağ bölgəsində aparılan  infrastruktur layihələrinin son vəziyyəti ilə maraqlanaraq bu bölgənin iqtisadi potensialı ilə bağlı suallar veriblər.

Görüşlərin sonunda təklif olundu ki, gələcək müzakirələri konkret investisiya layihələri üzərində qursunlar.

Sonda xatirə şəkli çəkildi.

Seçilən
21
qht.az

1Mənbələr