“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxacaq.
Azərbaycan çempionu ilk oyununu “Benfika” ilə oynayacaq.
Portuqaliya təmsilçisi ilə səfərdə baş tutacaq görüşü belçikalı hakimlər idarə edəcəklər. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
UEFA Çempionlar Liqası Liqa mərhələsi, 1-ci tur
16 sentyabr “Benfika” – “Qarabağ”
Baş hakim: Erik Lambrexts (Belçika).
“Da Luş” stadionu.
Saat: 23:00.