AZ

İsrailin müdafiə naziri: Qəzza yanır, geri çəkilməyəcəyik

İsrailin Qəzzadakı hərbi əməliyyatları davam edir.

APA xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Katz İsrail ordusunun HAMAS-a məxsus infrastruktura zərbələr endirdiyini bildirib.

“Qəzza yanır. İsrail ordusu terror infrastrukturuna dəmir yumruqla zərbələr endirir və girovların azad olunması, eləcə də HAMAS-ın məğlub edilməsi ümün cəsarətlə vuruşur. Biz missiya tamamlanmayana qəqər geri çəkilməyəcəyik”, - Katz özünün “X” hesabında qeyd edib.

İsrail ordusu 350000 fələstinlinin Qəzza şəhərini tərk edərək digər bölgələrə getdiyini xəbər verib.

Qeyd edək ki, İsrail ordusu ötən həftə HAMAS qarşı əməliyyatların başlaması səbəbilə Qəzza şəhərində yaşayanlara şəhəri könüllü surətdə tərk etməli olduqları ilə bağlı xəbərdarlıq edib.

Seçilən
33
3
apa.az

4Mənbələr