AZ

Dövlət xidmətlərinə ASAN xidmət indeksi tətbiq ediləcək

Missiya.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

 Azərbaycanda dövlət xidmətləri "ASAN xidmət indeksi" üzrə qiymətləndiriləcək.

Missiya.Az xəbər verir ki, bununla bağlı yeni hazırlanmış "Dövlət xidmətləri haqqında" qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Layihəyə əsasən, xidmət təminatçıları tərəfindən xidmətlərin həyata keçirilməsində sosial innovasiyaların tətbiqi ilə bağlı araşdırmalar aparılır, dövlət xidmətlərinin göstərilməsi prosedurunun sadələşdirilməsi barədə təkliflər hazırlanır.

Qeyd edilib ki, dövlət xidmətləri ictimai rəy əsasında qiymətləndirilməyə təqdim edilə bilər. Qiymətləndirmənin nəticələri ictimaiyyətə açıqlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
2
missiya.az

4Mənbələr