"Azərbaycan Prezidenti cənab İlham Əliyevin sentyabrın 15-də Şuşada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlunu qəbulunda diqqət çəkən iki məqam var". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Birincisi, qəbulun məhz Şusada baş verməsi və orada iki qardaş ölkə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin 2021-ci ildə bu şəhərdə imzalandığının vurğulanmasıdır. İkincisi, bu görüşün 15 sentyabr - Qafqaz İslam Ordusunun Bakının daşnak-bolşevik işğalından qurtarmasının 107-ci ildönümünə təsadüf etməsi və bunun məmnunluqla diqqətə çatdırılmasıdır. Son üç ayda Xəzərdə üç dəfə hərbi təlim keçirənlər fikrimcə, ismarıclarını almış oldular".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31