Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Ağdam Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
ACF-dən AZƏRTAC-a bildirilib ki, imtahanda Qarabağ və Şərqi Zəngəzur bölgəsindən 41 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl və göy kəmər dərəcələri üzrə imtahan verib.
İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.