AZ

​"Qalatasaray"ın istədiyi ulduz futbolçu qərarını verdi

"Qalatasaray"la adı hallanan "Atalanta"nın futbolçusu Ademola Lookman klubdan ayrılmaq istəyir. Metbuat.az xəbər verir ki, futbolçu “Atalanta” ilə münasibətləri pozub. İddialara görə, nigeriyalı ulduz yeni kluba transfer olmaq istəyir. “Atalanta”nın futbolçuya ultimatum verdiyi irəli sürülüb. Məlumata görə, Lookman "Atalanta" üçün oynamaq istədiyini bəyan edəcəyi təqdirdə klub onu heyətə qaytaracaq. Lakin o, bütün potensialını ortaya qoya bilməyəcəyini ifadə edərək fərdi məşqlərə davam etməyi seçərsə, heyətə daxil edilməyəcək.

Qeyd edək ki, ötən mövsüm Ademola Lookman “Atalanta” ilə 40 oyunda 20 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
30
1
metbuat.az

2Mənbələr