AZ

İsrail müdafiə naziri: HƏMAS tamamilə məhv ediləcək...

Qəzza əməliyyatının əsas məqsədi girovların azad olunması və HƏMAS-ın sıradan çıxarılmasıdır...

Poliqon xəbər verir ki, İsrailin müdafiə naziri İsraəl Kac açıqlamasında bildirib ki, ordu Qəzza zolağında HƏMAS hərəkatını tamamilə məhv edənədək əməliyyatlara davam edəcək. Bu məlumatı The Times of Israel yayıb.

Nazir vurğulayıb ki, “Qəzza alov içindədir. İsrail Müdafiə Ordusu terrorçuların infrastrukturlarına dəmir yumruqla zərbələr endirir”. Onun sözlərinə görə, israilli hərbçilər “girovların azad olunması və HƏMAS-ın darmadağın edilməsi üçün igidcəsinə mübarizə aparır”.

Kac əlavə edib ki, İsrail geri çəkilməyəcək və “missiya tamamlanana qədər əməliyyatlar davam edəcək”.

Qeyd edək ki, 15 sentyabr axşamı fələstinli KİV-lər İsrail Hərbi Hava Qüvvələrinin Qəzza şəhərinə genişmiqyaslı zərbələr endirdiyini və İsrail zirehli texnikasının şəhərə daxil olduğunu xəbər vermişdi. Daha sonra Axios İsrail rəsmilərinə istinadən CAXAL-ın quru əməliyyatına başladığını açıqlamışdı.

Poliqon.info

Seçilən
84
poliqon.info

1Mənbələr