Fransa milli komandasının sabiq üzvü Samuel Umtini gələcəyi ilə bağlı qərar verib.
Bizim.Media xəbər verir ki, "Lill"dən ayrılan müdafiəçi karyerasını başa vurub.
Umtiti 31 yaşında peşəkar futbolla vidalaşıb. O, zədələrə görə karyerasını bitirməli olub.
Qeyd edək ki, "Lion"un yetirməsi olan Samuel Umtiti "Barselona" və "Leççe"nin də formasını geyinib. Təcrübəli oyunçu 2018-ci ildə Fransa milli komandası ilə dünya çempionu olub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta