Artan sərnişin tələbatını qarşılamaq üçün "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 20 sentyabrda Bakı–Ağstafa, 21 sentyabrda isə Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək. ADY-dən SİA-ya verilən məlumata görə, eyni zamanda, Bakı-Qazax-Bakı qatarları ilə sərnişinlər ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilər.
"Hərəkət cədvəli və biletlərlə bağlı məlumatı (www.ady.az) rəsmi saytından, “ADY Mobile” tətbiqindən, dəmiryol kassalarından və 7/24 fəaliyyət göstərən 1822 Çağrı Mərkəzindən öyrənə bilərsiniz", - məlumatda qeyd olunur.