AZ

"Mastercard"ın Azərbaycandakı payı açıqlanıb

Bakı. Trend:

"Mastercard"ın Azərbaycandakı payı 30-40% olmaqla dəyişir.

Trend xəbərverir ki, bunu “Mastercard”ın Azərbaycan üzrə ölkə meneceri EmilZeynalov şirkətin beynəlxalq idman tədbirlərinin Azərbaycaniqtisadiyyatına təsiri, iqtisadi göstəricilər və ölkə üzrə“Mastercard” fəaliyyətinə dair proqnozlar mövzusunda keçirilənmətbuat konfransında bildirib.

Onun sözlərinə görə, "Mastercard" Azərbaycanda nağdsıziqtisadiyyatın böyüdülməsində davamlı səylərini davam etdirir:"Azərbaycandakı "Mastercard" dövriyyələri ilə bağlı statistika biziçox sevindirir. Hazırda ölkədə rəqəmsallaşmanın payı 30%-i keçib.Bu da digər ölkələrlə müqayisədə yaxşı göstəricidir".

"Azərbaycanda kart dövriyyələrinin payı 60%-i, dövriyyədə olankartların sayı isə 20 milyonu keçib. Bu göstərici inkişaf etmişölkələrdəkinə yaxın rəqəmlərdir.

"Mastercard" olaraq bundan sonra da səylərimizi davametdirəcəyik", - deyə E. Zeynalov qeyd edib.

Məqalədə:
Seçilən
34
az.trend.az

1Mənbələr