AZ

Havalar nə vaxt isinəcək? AÇIQLAMA

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yay fəsli hələ başa çatmasa da, bir neçə gündür ölkə ərazisində hava şəraiti qəfil dəyişib. Temperatur enib, bəzi bölgələrdə yağış, dolu, hətta qar yağıb. İnsanları maraqlandıran əsas sual isə müşahidə olunan qeyri-sabit havanın nə vaxtadək davam edəcəyi və istilərin nə zaman qayıdacağıdır.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Bakupost.az -a açıqlamasında yağıntıların bir neçə gün davam edəcəyini bildirib.

“Bakıda və Abşeron yarımadasında sentyabrın 16-sı axşam saatlarında və sentyabrın 17-də günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək, havanın maksimal temperaturu 20-24 dərəcə isti olacaq.

Sentyabrın 16-dan başlayaraq, 18-i günün ikinci yarısınadək bölgələrdə fasilələrlə yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı gözlənilir. Sentyabrın 17-də əsasən, dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış, dolu ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 19-24, dağlıq ərazilərdə isə 7-12 dərəcə isti olacaq,” – deyə Gülşad Məmmədova qeyd edib.

Növbəti həftənin ilk iş günündən havaların nisbətən isinəcəyi gözlənilir.

Aysel,

BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
4
www.bakupost.az

5Mənbələr