AZ

Tramp qəzetə 15 milyard dollarlıq məhkəmə iddiası qaldırdı

ABŞ Prezidenti Donald Tramp “New York Times” qəzetinə 15 milyard dollarlıq məhkəmə iddiası qaldırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Tramp sosial şəbəkədə yaydığı açıqlamasında, uzun müddətdir qəzetin ona böhtan atdığını və qaralama kampaniyası apardığını bildirib: “Artıq bu sona çatır”.

Tramp, 2024-cü il seçkilərində rəqibi Kamala Harrisə dəstək verən qəzetin Demokrat Partiyasının “radikal solunun” təbliğatçısına çevrildiyini söyləyib. Onun sözlərinə görə, Harrisə verilən dəstəyin qəzetin ilk səhifəsində önə çıxarılması indiyədək görünməmiş hadisədir. Məlumata əsasən, iddia Floridada qaldırılıb.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
54
sia.az

1Mənbələr