
“Bu, yalnız bir əlamətdar hadisənin xatırladılması deyil, həm də xalqımızın milli yaddaşına, gələcək nəsillərə ötürülən dövlətçilik dərsidir. Çünki bu günün təsis olunması Azərbaycanın 30 ildən artıq davam edən mübarizəsinin və şəhidlərimizin müqəddəs qanının nəticəsidir”. Şahin Seyidzadə qeyd edib ki, 2020-ci ildə başlanan Vətən müharibəsi, ardınca isə 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazi bütövlüyünü tam bərpa edib:
“Prezident İlham Əliyev Xankəndi meydanında çıxış edərkən xüsusi vurğuladı ki, 20 il əvvəl xalqa verdiyi vədi yerinə yetirib. Bu, dövlət başçısının qətiyyətinin, xalq qarşısındakı məsuliyyətinin və tarixi ədalətin təntənəsidir”. Deputat əlavə edib ki, hazırda azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, Xankəndidə Qarabağ Universitetinin yaradılması, infrastruktur layihələri və sosial obyektlərin inşası bölgəyə həyat gətirir. Onun sözlərinə görə, 2023-cü ilin dekabrında Xankəndidə futbol üzrə Azərbaycan kubokunun keçirilməsi də Qarabağın ictimai-siyasi və mədəni həyata dönüşünün rəmzi idi.
“20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü xalqımızın milli birliyinin, dövlətçiliyimizin və müstəqilliyimizin simvoludur. Bu gün həm də şəhidlərimizin xatirəsinə dərin ehtiramın təzahürüdür”, – deyə Milli Məclisin deputatı Şahin Seyidzadə vurğulayıb.