BAKI, 16 sentyabr. TELEQRAF
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2026-2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit olacaq.
Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, manatın məzənnəsi cari ilin səviyyəsində olacaq.
Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2029-cu ildə 123,2 milyard manata, xərclərinin isə 120,6 milyard manata qədər yüksəlməsi gözlənilir.