AZ

Ağsu sakini nazir Vilayət Eyvazova müraciət etdi


Ağsu rayonunun sakini  Zaur Məmmədov Azərbaycan  Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edib:

 

Cənab nazir !


Bir neçə dəfə Sizin qəbulunuzda  olmuşam.

Hər dəfə qəbulda olarkən Sizin vətəndaşları səbrlə, təmkinlə, sonadək dinləməyinizin və ən əsası vətəndaşların problemlərinin həlli üçün operativ göstərişlər  verməyinizin canlı şahidi olmuşam.

Hörmətli Vilayət müəllim !

Möhtərəm Müzəffər Prezidentimiz cənab İlham Əliyev buyurduğu kimi hər bir məmur xalqın xidmətində olmalıdır. Amma təəssüf ki, bəzən bu qəbullar sadəcə görüntü üçün keçirilir.

Sizin keçirdiyiniz qəbullarda olarkən müşahidə etdiyim ən əsas məsələ vətəndaşlara qayğı ilə yanaşmanız, sadə dildə desəm onların  dərdinə şərik olmağınız və çıxış yollarını göstərməyinizdir.

Cənab nazir !

Belə halları görəndə adamın öz dövlətinə, öz Prezidentinə, öz Nazirinə hörməti birə  min qat artır. Hətta adamın özünə də hörməti artır.

Hörmətli Vilayət müəllim !

Mən Sizinlə  görüş  və qəbullar  zamanı  mənimlə eyni fikirdə  olan sadə vətəndaşların da  adından Sizə təşəkkürümü  bildirirəm.

Allah dövlətimizi, Prezidentimizi, Sizi  qorusun !

 

Dərin hörmət və ehtiramla  Ağsu rayon sakini Zaur Məmmədov.


Seçilən
28
nuh.az

1Mənbələr