“Palmeiras”ın 19 yaşlı müdafiəçisi Luis Benedetti Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, gənc futbolçu ilə “Arsenal”, “Barselona” və A Seriyasının çempionu “Napoli” maraqlanır.
Benedetti bu mövsüm Braziliya klubunun heyətində 18 oyuna çıxıb və 2 qol vurub.
Onun “Palmeiras”la müqaviləsi 2029-cu ilin sonuna qədərdir.
Müdafiəçinin transfer dəyəri 1 milyon avro göstərilir.