AZ

Estoniya Rusiya ilə sərhəddə müdafiə qurğularının tikintisinə başlayıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Estoniyada Rusiya ilə sərhədə yaxın ərazidə sərhəd müdafiə qurğularının genişmiqyaslı tikintisinə başlanılıb.

AZƏRTAC ERR televiziya və radio yayımı portalına istinadla xəbər verir ki, 2027-ci ilin sonuna qədər sərhəd yaxınlığında tank əleyhinə 40 kilometrdən çox xəndək, eləcə də 600-ə yaxın bunker hazır olmalıdır. Sərhəd hasarının və tank əleyhinə xəndəklərin yaxınlığında “əjdaha dişləri” və kəsici məftillər də quraşdırılacaq. Narva çayı və Çud (Peipus) gölü şərqdə və şimal-şərqdə təbii maneələr olduğu üçün Baltikyanı müdafiə zonasının bir hissəsi kimi tank əleyhinə xəndəklər əsasən cənub-şərq sərhədi yaxınlığında qazılacaq.

Sərhəd müdafiə zonasının təxminən 100 kilometr uzunluğunda və 40 kilometr enində yaradılması planlaşdırılır.

Seçilən
18
1
azertag.az

2Mənbələr