AZ

Yeni paltarları yuyulmadan geyinməyin təhlükəsi açıqlandı

Yeni alınan paltarların yuyulmadan geyilməsi allergik dermatit riskini artırır.

HİT.az xəbər verir ki, bunu dermatoloq Suzan Nedorost "El Periodico De Espana" nəşrinə açıqlamasında bildirib. 

Allergik dermatit orqanizmin yad maddələrə qarşı immun reaksiyası nəticəsində yaranır. Buna müxtəlif kimyəvi maddələr, metalllar, bitki mənşəli maddələr və hətta bəzi qidalar səbəb ola bilər. Xəstəliyin yoluxucu olmadığı, yəni insandan insana keçmədiyi vurğulanır.

Mütəxəssisin sözlərinə görə, allergik dermatit dərhal deyil, dəri ilə təmasdan bir neçə gün sonra özünü göstərir. Əsas əlaməti isə həftələrlə davam edə bilən səpgidir.

Nedorost qeyd edib ki, dermatitin əsas səbəbi sintetik materialların — poliestr, neylon və akrilin istehsalında istifadə edilən boyalardır. Yeni paltar tikildikdən sonra parçadakı kimyəvi maddələrin konsentrasiyası yüksək olur, lakin yuyulduqdan sonra bu səviyyə əhəmiyyətli dərəcədə azalır.

Samir
 

Seçilən
33
hit.az

1Mənbələr