AZ

İƏT Mədəniyyət Festivalının tarixi dəyişib

Mia.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"İƏT (İslam Əməkdaşlıq Təşkilatı) Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025" tədbirinin keçirilmə tarixi dəyişdirilib.

Bu barədə Mədəniyyət Nazirliyindən Mia.az-a bildirilib ki, festival dekabrın 5-11-də keçiriləcək. Tarix dəyişikliyi tədbirin təşkilati və proqram baxımından daha səmərəli və genişmiqyaslı keçirilməsi məqsədilə aparılıb.

Festival çərçivəsində bir sıra ölkələrdən iştirakçıların qatılacağı mədəni proqramlar, sərgilər, musiqili çıxışlar və panel müzakirələr planlaşdırılır.

Xatırladaq ki, "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025" Bakıda oktyabrın 6-12-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcəkdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
mia.az

2Mənbələr