AZ

Bakıda evdən 15 min manatlıq qızıl oğurlanıb

Paytaxtın Xətai rayonunda evlərin birindən oğurluq olub.

"Cebheinfo.az" DİN-ə istinadən xəbər verir ki, rayon sakini polisə müraciət edərək yaşadığı evdən 15000 manat dəyərində qızıl-zinət əşyalarının talanmasını bildirib.

Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı Ə.Göyüşov müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində bir nəfərə məxsus 1800 manat dəyərində skuter oğurlamaqda şübhəli bilinən N.Abdullayev də ərazi polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
60
24
cebheinfo.az

10Mənbələr