AZ

Sarkisyanın tərəfdarları toplaşır: Paşinyanı yıxmaq üçün plan qururlar

Ermənistan Respublika Partiyasının parlament fraksiyası hakimiyyətin dəyişdirilməsi və partiya ətrafında birləşmənin praktiki yolları ilə bağlı dinləmələr keçirib.

Publika.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, Serj Sarkisyanın komanda yoldaşları daxili siyasi vəziyyətin həllini Nikol Paşinyana qarşı impiçment yolu kimi görürlər, lakin komanda müzakirə edib və qərara gəlib ki, dinləmələrin gündəliyi və başlığı genişləndirilməlidir. Müzakirəni təkcə impiçment məsələsi ilə məhdudlaşdırmaqla deyil, daxili siyasi vəziyyət və onun həlli yolları ilə uyğunlaşdırmaq lazımdır ki, parlamentdəki müxalifət tərəfdaşlarla münasibətlər pisləşməsin.

“Namusum var” fraksiyası hesab edir ki, “Ermənistan” fraksiyası ilə ortaq anlaşma əldə etmək, prosesləri birgə həyata keçirmək şansı hələ də var. Dinləmələrin necə davam edəcəyi və tərəfdaşların orada iştirak edib-etməyəcəyi hələlik bəlli deyil.

Dinləmələrin təşəbbüskarları parlament və parlamentdənkənar müxalifət qüvvələrini, vətəndaş cəmiyyəti nümayəndələrini, ziyalıları, ictimai rəyə təsir edən xadimləri dəvət edəcəklər”, - nəşrin məlumatında deyilir.

Seçilən
48
publika.az

1Mənbələr