AZ

“Qarabağ Universitetini daha bilikli gənclər seçir”

“Nəticələr onu göstərir ki, Qarabağ Universitetinə daha bilikli gənclər üstünlük verir”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Xalq qəzeti”nə müsahibəsində deyib.

Onun sözlərinə görə, iki ildir ki, qəbul aparılan Qarabağ Universitetinə qəbul olunan abituriyentlərin hər bir qrup üzrə orta bal göstəriciləri Bakı Dövlət Universiteti və İqtisad Universitetindən çox az fərqlənir: “I qrupda Qarabağ Universitetinə qəbul olunanların nəticələri 400 baldan yuxarıdır. II qrupda Dövlət İqtisad Universitetinin göstəriciləri daha yüksəkdir və Qarabağ Universiteti ikinci yerdə qərarlaşıb. III qrupda isə Qarabağ Universitetinin nəticələri 500 baldan yuxarıdır. IV qrupda da müqayisə aparmaq mümkündür. Qarabağ Universitetində yalnız tibb ixtisasları deyil, digər ixtisaslar da mövcuddur və burada nəticələr 512 bal səviyyəsindədir”.

DİM sədri qeyd edib ki, bütün qruplar üzrə ortalama ballara baxdıqda, xüsusilə I və IV qruplarda Qarabağ Universiteti 456 balla birinci yerdədir: “Bu, sevindiricidir. İnanıram ki, Qarabağ Universiteti yalnız ölkədə deyil, regionda, hətta postsovet məkanında da gələcəkdə layiqli yer tutacaq”.

"Cebheinfo.az"

Seçilən
23
1
cebheinfo.az

2Mənbələr