AZ

FHN-in əməkdaşları beynəlxalq təlimdə iştirak edib – VİDEO

7-12 sentyabr 2025-ci il tarixlərində Bolqarıstanın Montana şəhərində Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Fəlakətlərə Cavabın Əlaqələndirilməsi üzrə Avro-Atlantika Mərkəzi (EADRCC) və Bolqarıstan Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə “20-ci NATO EADRCC Fövqəladə Halların İdarə edilməsi – BULGARIA 2025” təlimi keçirilib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, təlimə FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tibb qrupu da qatılıb.

Təlimin rəsmi açılış mərasimində çıxış edən Bolqarıstanın daxili işlər naziri Daniel Mitov təlimə cəlb olunan iştirakçıları salamlayaraq, təşkil olunan genişmiqyaslı sahə təliminin baş verə biləcək irihəcmli fövqəladə hallara çevik reaksiya imkanlarının artırılması baxımından əhəmiyyətindən danışıb.

Daha sonra NATO-nun Baş katibinin müavini Radmila Shekerinska növbəti “BULGARIA 2025” təliminin məqsəd və vəzifələrindən bəhs edərək iştirakçılara uğurlar arzulayıb.

Sahə təliminin təşkilində əsas məqsəd mümkün təbii fəlakət və qəzalar nəticəsində ətraf ərazilərə və kritik infrastruktura dəyə biləcək zərərlərin əlaqəli şəkildə aradan qaldırılması olub.

Təlim planına uyğun olaraq, “Yerli Fövqəladə Halların İdarə olunması” (LEMA), “Sahə Koordinasiya Mərkəzi” (OSOCC), “Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzi” (UCC), “Fövqəladə Tibb Qruplarının Koordinasiya Mərkəzi” (EMTCC) və “Birgə Hava/Dron Əməliyyatlarının Koordinasiya Mərkəzi”nin (Joint Air/Drone Operations Coordination Centre) imkanlarından istifadə etməklə təlimdə iştirak edən xilasetmə qruplarının əməliyyatları koordinasiya olunub.

Təlim müddətində FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyəti axtarış-xilasetmə işlərinə fəal cəlb olunaraq, şərti nəqliyyat qəzaları və zəlzələ hadisələri zamanı dağıntılar altında qalan zərərçəkmişlərin xilas edilməsi, həmçinin “Şəhər Koordinasiya Mərkəzi”nin (UCC) fəaliyyətinin təşkilinə dəstək əməliyyatını uğurla icra edib. Bundan başqa, təlimə cəlb olunan FHN-in digər əməkdaşları “Qiymətləndirici” və “Müşahidəçi” qismində iştirak edərək təlimin gedişatına öz töhfələrini veriblər.

Təlimdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tibb qrupu tərəfindən “Fövqəladə Tibb Qruplarının Koordinasiya Mərkəzi” (EMTCC) tərəfindən əldə olunan şərti məlumatlar əsasında dağıntı zonalarına cəlb olunaraq, zərərçəkmişlərə tibbi müdaxilə edərək onların təcili tibbi yardım avtomobili ilə müvafiq tibb mərkəzlərinə çatdırılması təmin olunub.

Təlim uğurla başa çatıb və sonda iştirakçılara sertifikatlar təqdim edilib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

21

22

Seçilən
2
11
poliqon.az

10Mənbələr