BAKI, 16 sentyabr. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə küçə etirazlarına çağırış edənlərə təpki göstərib.
Teleqraf xəbər verir ki, o, bu cür çağırışların ölkədə xaos yaratmağa xidmət etdiyini bildirib.
“Bunların sözünə inanıb küçələrə çıxanlar, onların rəhbərliyi və ağalarının əmri ilə kütləni küçələrə çıxarmağa çalışanlar, bu xəyanət mərkəzlərinin ortağıdırlar. Vətəndaşlarımız heç vaxt belə səhvə yol verməməlidir. Bu FETÖ qalıqları, görünür, siyasi dalana dirənmiş müxalifəti faydalı alət kimi görürlər. Ona görə də onların tərəfindədirlər. Küçələrdə xaos və iğtişaşlar salmağa çalışanlara heç vaxt dözməyəcəyik. Onlara millətin əmin-amanlığını pozmağa imkan vermədən, gecikmədən lazımi tədbirləri görəcəyik. “Gəzi Parkı” olayları, FETÖ-nün murdar çevriliş cəhdi kimi hadisələri yaşayan vətəndaşlarımız artıq hər şeydən xəbərdardır və indi dövlətimiz daha güclüdür”, - Türkiyə lideri qeyd edib.