AZ

Rusiya dronlarının Xarkova hücumu nəticəsində yaralananlar və dağıntılar var

Bu gün Rusiya ordusunun Xarkova zərbə dronları ilə hücumu zamanı onlardan biri şəhərin Slobodski rayonunda yerləşən Milli Əzcaçılıq Universitetinin binasına dəyib.

APA xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Xarkov meri İqor Terehova istinadən məlumat yayıb.

Zərbə nəticəsində təhsil müəssisəsinin damı zədələnib və yanğın başlayıb. Şəhər meri İqor Terehovun sözlərinə görə, yaralıların sayı dörd nəfərə çatıb.

Regional prokurorluq dronun universitetə dəydiyi anın videosunu yayımlayıb.

Kadrlarda görünür ki, bina ciddi dağıntılara məruz qalıb.

Seçilən
58
1
apa.az

4Mənbələr