AZ

Cəlilabadda məktəblilər arasında bıçaqlaşma Ölən var

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

Cəlilabad rayonunun Xəlilabad kəndində sinif yoldaşı tərəfindən bıçaqlandığı deyilən 11-ci sinif şagirdi K.İ. xəstəxanada dünyasını dəyişib.

Bakupost.az oxu.az-a istinadən xəbər verir ki, 17 yaşlı S.Ə. sinif yoldaşı, yaşıdı K.İ.-yə bıçaqla xəsarət yetirib.

Bıçaqlanan yeniyetmə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. S.Ə. polis əməkdaşları tərəfindən saxlanılıb.

17 yaşlı oğlan həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
7
www.bakupost.az

10Mənbələr