AZ

İngiltərədə valideynlərdən xüsusi təhsil islahatına etiraz

Londonda yüzlərlə valideyn, xüsusi ehtiyaclı uşaqlara təhsil və tibbi dəstək verən EHCP planlarının hüquqi statusunun zəiflədiləcəyindən narahat olaraq etiraz aksiyası keçirib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, valideynlər hökumətin SEND (Xüsusi Təhsil Ehtiyacları və Əlilliklər) sistemində planlaşdırdığı dəyişikliklərin minlərlə uşağın hüquqlarını təhlükə altına atacağını bildiriblər.

Hökumət isə islahatların məqsədinin sistemi daha səmərəli və ədalətli etmək olduğunu açıqlayıb.

Seçilən
39
azedu.az

1Mənbələr