AZ

AMB iki kredit ittifaqına icrası məcburi göstəriş verib

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Total Finans Kreditittifaqı” və “İşgüzar-Kredit İttifaqı”na icrası məcburi göstərişverilib.

Trend bubarədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, sözügedən kredit ittifaqları 2024-cü ilin kənarauditor tərəfindən yoxlanılmış maliyyə hesabatlarını təqdimetmədiyindən “Kredit ittifaqları haqqında” AzərbaycanRespublikasının Qanununun 17.3-cü maddəsinin tələbi təminedilməyib. “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsiüçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinintələblərini rəhbər tutaraq, qeyd edilən kredit ittifaqlarına2024-cü ilin maliyyə hesabatlarının kənar auditor tərəfindənyoxlanılması və təsdiqedici sənədlər əlavə edilməklə AzərbaycanRespublikasının Mərkəzi Bankına rəsmi məlumat verilməsi tələbolunub.

Seçilən
26
26
az.trend.az

10Mənbələr