AZ

İsrail ordusu media ofislərinə hücum edir - “Əl-Mayadin”in müxbiri

İsrail ordusu Qəzza zolağında yerli KİV-lərin ofislərinin yerləşdiyi binanı tamamilə dağıdıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Əl-Mayadin” televiziyasının müxbiri Mahmud Alavadiya “İzvestiya”ya bildirib. Onun sözlərinə görə, “Əl-Qafri” binası 30 ildən çoxdur fəaliyyət göstərirmiş və orada onlarla media orqanı yerləşib.

Alavadiya Təl-Əvivi həqiqəti "bağlamaq" cəhdində ittiham edib.

Jurnalist bildirib ki, İsrail ordusu bəhanələrlə göydələnə zərbələr endirməklə buradan eşidilən və yayımlanan həqiqəti boğmağa, gizlətməyə çalışır.

QAZİLER.AZ

Seçilən
29
qaziler.az

1Mənbələr