AZ

Məktəbli bıçaqlanaraq öldürüldü - Sinif yoldaşı saxlanıldı - Yenilənib

Bu gün Cəlilabad rayonunun Xəlilabad kəndində yeniyetmələr arasında münaqişə baş verib.

Hurriyyet.az Oxu.az-a istinadən xəbər verir ki, 17 yaşlı S.Ə.-nin sinif yoldaşı, yaşıdı K.İ.-yə bıçaqla xəsarət yetirməsində əsaslı şübhələr müəyyən edilib.

Bıçaqlanan yeniyetmə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Qətli törətməkdə şübhəli bilinən S.Ə. polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 16-sı saat 11:00 radələrində 2008-ci il təvəllüdlü (kişi) şəxs xəsarət alması səbəbilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Ona döş qəfəsinin kəsilmiş-deşilmiş açıq yarası diaqnozu təyin edilib. 

Pasiyent dərhal cərrahi əməliyyata alınıb. Göstərilən bütün reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 13:00 radələrində ölüm faktı qeydə alınıb.

Seçilən
19
2
hurriyyet.az

10Mənbələr